0
Monday 14 February 2022 - 13:42

İmam Əlinin (ə) məqbərəsində mövlud gününə hazırlıqlar görülür (FOTO)

Story Code : 978929
İmam Əlinin (ə) məqbərəsində mövlud gününə hazırlıqlar görülür (FOTO)
SalamNews xəbər verir ki, bu barədə İmam Əlinin (ə) Ziyarətgahı Kompleksinin İdarəsi məlumat verib.

İdarəsinin rəsmi saytında yayılan məlumata görə bu gün İmam Əlinin ziyarətgahı kompleksində daha iki səhnin (zal) açılışı olub.

Mövlud günü münasibətilə tamamlanan və açılışı olan səhnlər Məhəmməd peyğəmbərin (s.ə) anası həzrət Aminə xanımın digəri isə İmam Əlinin qardaşı Cəfət-Təyyarın adı ilə adlanıb.

Ziyarətgahın digər bölmələrində də sabaha təsadüf edəcək mövludla bağlı tədbirlər görülür.