0
Sunday 11 September 2011 - 09:01

Misir xalqı İsrailə "rədd ol" deyir!

Story Code : 97900
Misir - İsrail
Misir - İsrail
"IslamTimes"-ın verdiyi xəbərə əsasən, ötən gün Misir xalqının etiraz aksiyası zamanı baş verən toqquşmalarda ən azı 500 nümayişçi xəsarət alıb. Qahirədə İsrail səfirliyinin qarşısında yerli polislə nümayişçilər arasında ciddi qarşıdurma yaranıb. Etiraz aksiyaları hələ də davam edir. Səhiyyə Nazirliyinin verdiyi məlumata görə, polislə xalq arasında toqquşmalar zamanı təqribən 520 nəfər yaralanıb, 1 nəfər isə qətlə yetirilib.

Misir xalqı İsrailin 5 Misir hərbiçisini qətlə yetirdiyinə görə qəzəblənərək, bu nümayişlərə start verib. Onlar İsrail səfirliyinin tezliklə bağlanmasını və sionist rejimlə rabitələrin qət olunmasını tələb edirlər. Nümayişçilər həmçinin inqilabın əsil hədəfinə nail olmaq üçün hakimiyyətin tezliklə xalqa təhvil verilməsini tələb edirlər.

Nəzərinizə çatdıraq ki, artıq ötən gün İsrail səfirliyinin əksər işçiləri gece saatlarında məxfi şəkildə Misiri tərk edibdir.
Related Stories
Comment