0
Wednesday 11 May 2022 - 17:45

Ayətullah Xamenei: "Müəllimlik işinin əhəmiyyəti dərk edilməlidir"

Story Code : 993714
Ayətullah Xamenei: "Müəllimlik işinin əhəmiyyəti dərk edilməlidir"
İslam İnqilabının Ali Rəhbəri Ayətullah Xamenei, bu gün İran müəllim və müəllimələrindən ibarət yüzlərlə insanla görüşüb.

İslamazeri.com "Sahar.tv"ya istinadla xəbər verir ki, görüşdə Ayətullah Xamenei islami çiçəklənmə və modern sivilizasiyanın yaradılması üzrə uzaq perspektivli məqsədə işarə ilə, söyləyib:

"İnsan ehtiyatları hər bir sivilizasiyanın infrastrukturu sayılır və modern islami sivilizasiyanın qurucuları hazırda müəllimlərin ixtiyarında olan nəsildir. Buna görə, müəllimlik işinin əhəmiyyəti və dəyərini bu cəhətdən dərk etmək gərəkdir"

Bu nəsil bu son dərəcə böyük məqsədlə o əzəmətli sivilizasiyanı formalaşdıra bilmək üçün faydalı, bilikli, alim, Şərq və Qərbin sıradan çıxmış sivilizasiyaları qarşısında sayıq, özünəməxsus, özünəinama, həmçinin dərin və möhkəm etiqadlara, irani-islami mahiyyətə malik bir nəsil olmalıdır".

Ayətullah Xamenei İslam İnqilabından sonra İranda təlim və tərbiyə sahəsində görkəmli şəxslərin yetişdirilməsinə işarə edərək bildirib: "Müəllimlərin son qırx ildəki səyləri nəticəsində müxtəlif sahələrdə faydalı şəxslər yetişdirildi, amma bu, kifayət etməz və o çiçəklənən sivilizasiya üçün bu kimi yetişdirmələr geniş miqyas almalıdır.

İslam İnqilabının Böyük Rəhbəri müqavimətin və müqavimətli olmağın dəyərinin dərk edilməsini məktəblilərin ehtiyaclarından adlandırıb və belə əlavə edib: "Hər kəsin - İstər Şərqin, istərsə də Qərbin zorakılıq etdiyi bir dünyada, gələcək nəsil müqavimətin dəyəri və əhəmiyyətini indidən öyrənməlidir ki, bu təlimlərin spektrində sivilizasiya yaradan və xalqı və ölkəni başıuca etmiş olsun".