İsrail qüvvələri Qüdsdə fələstinli gəncin cənazə mərasiminə müdaxilə edib, 45 yaralı var
Story Code : 994639
SalamNews "Əlcəzirə" telekanalına istinadən xəbər verir ki, bu barədə Fələstinin Qızıl Aypara Cəmiyyəti bəyanat verib.
Bildirilib ki, İsrail qüvvələrinin atəşi nəticəsində həyatını itirmiş 24 yaşlı Vəlid Şərifin əl-Əqsa məscidi ətrafında keçirilən cənazə mərasiminə zorakı şəkildə müdaxilə edilib.
İsrail qüvvələrinin müdaxiləsi nəticəsində 45 fələstinli yaralanıb ki, onların 16-sı xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, Vəlid Şərif bir neçə gün öncə aldığı güllə yarasından həyatını itirib.
Tanınmış jurnalist Şirin Əbu-Aqilənin Cenin şəhərində İsrail qüvvələri tərəfindən qətlə yetirilməsindən sonra işğal altında olan ərazilərdə vəziyyət daha da gərginləşib.