İraq Türkiyə ilə bağlı Təhlükəsizlik Şurasına şikayət edib
Story Code : 994918
“Al-Maslah” xəbər saytının məlumatına görə, İraq nümayəndəsi Nyu Yorkda BMT Təhlükəsizlik Şurasının iclasında çıxışından sonra bütün türk qoşunlarının İraqı tərk etməsini tələb edib.
Məhəmməd Hüseyn Bəhr əl-Ulum deyib: “Bu saatdan sonra Kürdüstan Fəhlə Partiyasının hücumları Türkiyə qüvvələrinin İraq torpaqlarında olması üçün bəhanə kimi qəbul edilməyəcək”.
“Al-Maslah” vurğulayıb ki, İraqın Birləşmiş Millətlər Təşkilatındakı nümayəndəsi Bağdadın Türkiyə ordusunun İraq daxilində hərəkətləri ilə bağlı rəsmi şikayətini Təhlükəsizlik Şurasına təqdim edib.