Nigeriyada Əhli-Beyt (ə) ardıcıllarının rəhbəri Şeyx İbrahim Zəkzəkinin qanunsuz olaraq, həbsdə saxlanılması münasibətilə mitinqlər davam edir.
Deyerler.org ABNA-ya istinadən xəbər verir ki, Kaduna şəhərindəki Sultan Bello məscidinin qarşısında toplaşan Nigeriya İslam Hərəkatının üzvləri "Şeyx Zəkzəkiyə azadlıq!" şüarı ilə yürüş mitinqinə başlayıblar.
Nümayişçilər ölkədə Əhli-Beyt (ə) ardıcıllarının rəhbəri Şeyx İbrahim Zəkzəki və xanımı ilə yanaşı, İMN fəallarının qanunsuz olaraq həbsdə saxlanılmasını qınayıblar. Aksiyada hökumətdən Zariya qətliamını törədən ordu rəsmilərinə qarşı tədbir görülməsi tələb olunub.