0
Saturday 2 July 2022 - 09:42

Finlandiya: Türkiyənin razılığı üçün qanunlarımızı dəyişməyəcəyik

Story Code : 1002283
Finlandiya: Türkiyənin razılığı üçün qanunlarımızı dəyişməyəcəyik
O, Helsinkidə keçirilən mətbuat konfransından sonra polşalı həmkarı ilə müsahibədə deyib:
“Türkiyənin Finlandiyanın NATO-ya daxil olmasına razılıq verməsi şərti qanunlarımıza dəyişiklik etməkdirsə, Finlandiyanın belə bir güzəştə getməsi ehtimalı azdır”.

Havisto bildirib ki, Türkiyə, Finlandiya və İsveç arasında üçtərəfli memorandumda qanunun dəyişdirilməsi kimi bir razılaşma yoxdur."Biz belə öhdəliklər götürməmişik və razılaşdırılmış hər şey kağız üzərində yazılıb".


Finlandiyanın xarici işlər naziri əlavə edib ki, Türkiyə terrorçu hesab etdiyi şəxsləri təhvil almaq üçün ciddi səbəblər göstərməli olacaq.

İsveç və Finlandiyanın NATO-ya üzv olması ilə bağlı suala cavabında Ərdoğan belə deyib:
“İsveç və Finlandiyanın NATO-ya qoşulması ilə bağlı işlər Türkiyə parlamentinin razılığı olmadan davam etməyəcək".