0
Tuesday 5 July 2022 - 21:33

Peskov: Rusiyanın təhlükəsizliyi, o cümlədən Finlandiya ilə sərhəddə təmin edilir

Story Code : 1002923
Peskov: Rusiyanın təhlükəsizliyi, o cümlədən Finlandiya ilə sərhəddə təmin edilir
SalamNews "TASS"a istinadən xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.  

"Belə variantlar Kremldə deyil, Müdafiə Nazirliyində işlənir. Orada müvafiq planlar var, təhlükəsizliyimizi təmin etmək üçün işlər gedir", deyə Kremlin mətbuat katibi vurğulayıb.

Finlandiya və İsveçin NATO-ya qoşulması prosesinin davam etdirilməsini şərh edən mətbuat katibi qeyd edib ki, “prezident məsələyə öz qiymətini verib. Burada əlavə ediləcək heç nə yoxdur”.