0
Saturday 30 September 2023 - 16:06
Ərdəbilin cümə imamı Azərbaycan xalqını təbrik etdi

Amili: İran hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib

Story Code : 1085006
Amili: İran hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib
Ayətullah Seyid Həsən Amili qeyd edib: “Qarabağ Azərbaycanın ərazisidir və İran beynəlxalq arenada dəfələrlə Azərbaycanın ərazi bütövlüyünə səs verib. Ali Məqamlı Rəhbər onu da bildirdi ki, bütün Qarabağ Azərbaycanın ərazisidir və Azərbaycana qaytarılmalıdır. Biz Qarabağ şəhidlərinə salam göndəririk”.
Vəliyyi-fəqihin Ərdəbil vilayəti üzrə nümayəndəsi qeyd edib ki, əlbəttə, bu uğurun daha əvvəl baş verməsi və Qarabağın daha az şəhidlə azad edilməsi tamamilə mümkün idi, lakin çox təəssüf ki, yersiz bir qorxu və azğın sayılan millətçi düşüncə buna imkan vermirdi.
Onun sözlərinə görə, ərazi iddiası və beynəlxalq sərhədlərin pozulması 30 il ərzində iki ölkəni qarşı-qarşıya qoydu, çoxlu günahsız insanın qanı töküldü. “Ümid edirik ki, bundan sonra regionda nə müharibə, nə işğal olacaq, nə də beynəlxalq sərhədlər pozulmayacaq və regionun bütün ölkələri irəliləyiş, inkişaf, iqtisadi tərəqqi və xalqları üçün firavanlıq yolunda addımlara hərtərəfli dəstək verəcək və daha çox əməkdaşlıq edəcəklər”, - deyə cənab Amili vurğulayıb.
Rəhbərliyin Ekspertlər Şurasının üzvü söhbətinin davamında İranın Azərbaycan xalqına etdiyi xidmətlərdən bəhs edib.
Amili deyib: “Azərbaycanı Naxçıvana bağlamaq üçün İran ərazisi 30 ildir ki, Azərbaycanın ixtiyarındadır və bu səxavət davam edəcək”.
 
Source : SaharTV
Comment