APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə İran xarici işlər nazirinin müavini Mehdi Axundzadə açıqlama verib. O bildirib ki, İrana səfər çərçivəsində BMT baş katibi İsfahan şəhərini də gəzəcək.
Qeyd edək ki, Pan Gi Mun Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət başçılarının Tehranda keçirilən XVI zirvə toplantısında iştirak etmək üçün avqustun 29-da İrana səfər edəcək.