Bundan sonra amerikalılar Rusiyada övladlığa uşaq götürə bilməyəcək. “Dima Yakovlev qanunu” adlanan bu düzəliş ABŞ-ın “Maqnitski aktı”na cavab kimi dəyərləndirilir. Qanun 2013-cü ildə qüvvəyə minəcək. ABŞ senatı 6 dekabrda insan haqları sahəsində qanunsuzluğa yol vermiş ruslara viza verilməsinə qadağa qoymuşdu. Ruslar amerikalıların övladlığa götürdüyü və zorakılıq hesabına həlak olmuş Dima Yakovlevin xatirəsinə qanunu “Dima Yakovlev qanunu” adlandırıblar. /HaqqYolu/