0
Friday 21 November 2014 - 16:30

Hacı Abgül Süleymanovun vəsatəti təmin edilməyib

Story Code : 420847
Hacı Abgül Süleymanovun vəsatəti təmin edilməyib
Hacı Abgül Süleymanovun vəsatəti təmin edilməyib
Dünən Ali Məhkəmədə ruhani Hacı Abgül Süleymanovun məhkəmə iclası keçirilib.

Bu barədə Hacı Abgül Süleymanovun vəkili Cavad Cavadov İslamazeri.az-a məlumat verib.

Vəkil bildirib ki, dünən Hacı Abgül Süleymanovun Azərbaycan Respublikası Ali Məhkəməsində apellyasiya məhkəməsinin yekun qərarından (yəni Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünün qüvvədə saxlanılmasına dair qərarından) kassasiya şikayətinə baxılmışdır.

Ali Məhkəmə apellyasiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlanılmasına dair qərar qəbul etmişdir. Bu qərar gözlənilən idi.

İndi Avropa Məhkəməsinə müraciət edəcəyik. Həmçinin Abgül Süleymanovun həbsxayana keçirilməsinə dair qərardan Avropa Məhkəməsinə artıq şikayət göndərilib.
Source : Islaminsesi
Related Stories
Comment