0
Friday 19 November 2010 - 18:49

Sarkozinin başı yenə dərddə

Story Code : 44526
Sarkozinin başı yenə dərddə
Sarkozinin başı yenə dərddə
Fransa prezidenti Sarkozinin başı üzərində yenə qara buludlar yığışır. Əgər xatırlayırsınızsa, bir müddət əvvəl Sarkozi ölkədəki məlum pensiya yaşının 60-dan 62-yə qaldırılması ilə əlaqədar olaraq ictimaiyyət və sadə vətəndaşlar tərəfindən ciddi narazılıqlar ilə qarşılaşmışdı. İndi də onun adı korrupsiya qalmaqalındadır. Belə ki, "euronews" xəbər yayıb ki, 2002-ci ildə Fransada baş vermiş terror aktının qurbanı olmuş şəxslərin ailələri dövlət başçısını korrupsiyada günahlandırırlar.
Onlar güc strukturlarından prezidentin korrupsiyada əlinin olub-olmamasının araşdırılmasını tələb edirlər. Onlar iddia edirlər ki, hökumət onlara ayrılmalı olan kompensasiyanın bir hissəsini mənimsəyib.
/Deyerler/
Comment