0
Saturday 16 February 2019 - 11:49

Nigeriyada silahlı hücum – 60-dan çox dinc sakin həlak olub

Story Code : 778302
Nigeriyada silahlı hücum – 60-dan çox dinc sakin həlak olub
Anadolu agentliyi xəbər verir ki, Əyalət Mətbuat Katibi Samuel Aruvan jurnalistlərə verdiyi açıqlamada silahlı hücumu edənlərin kimliyinin hələ məlum olmadığını deyib.

Faktla bağlı cinayət işi açıldığını söyləyən S.Aruvan, xalqı təmkinli davranmağa çağırıb.

Qeyd edək ki, Nigeriyada sabah keçiriləcək seçkidə Bütün Qabaqcıllar Konqresinin sədri Məhəmməd Buxari və Xalqın Demokratik Partiyasının sədri Abubakar ən güclü namizədlər hesab edilir.
Source : Nur-az.com
Comment