0
Saturday 11 January 2020 - 18:03

ABŞ şəhid general ilə eyni gündə başqa iranlı komandiri də terror etməyə çalışıb

Story Code : 837877
ABŞ şəhid general ilə eyni gündə başqa iranlı komandiri də terror etməyə çalışıb
Vaşinqton Post (WP) qəzetinin hazırladığı xəbərdə, ABŞ-ın Qüds Korpusunun nüfuzlu şəxslərindən olan Şahlainiyə qarşı əməliyyat təşkil etdiyi, amma uğursuz olduğu qeyd olunub.
Qəzetə görə, eyni gün iki əməliyyatının birdən təşkil edilməsi, şəhid general Süleymani sui-qəsdinin ABŞ ordusunun daha geniş miqyaslı planının yalnız bir hissəsi olduğunu göstərir.
Vaşinqton Post qəzetinə danışan ABŞ rəsmiləri Şahlainiyə qarşı təşkil edilən əməliyyatın təfərrüatlarını açıqlamaqdan imtina edərək, yalnız əməliyyatın uğursuz nəticələndiyini söyləyib.
Rəsmilərdən biri ABŞ administrasiyasının hər iki əməliyyatın uğurla başa çatdığını elan etməyə hazırlaşdığını söyləyib.