Zelenski: İranın araşdırmalardakı həmkarlığını təqdir edirəm
Story Code : 837922
Ukrayna prezidenti Tehranda Ukrayna təyyarəsinin yanlışlıqla vurulması ilə əlaqədar açıqlama verib.
Ukrayna prezidenti Vladimir Zelenski bu ölkəyə məxsus təyyarənin İranda süqut etməsinə reaksiya göstərərək İran hökumətindən zərərçəkmişlərin ailələrinə təzminat ödənilməsini istəyib.
Ukrayna prezidenti hadisəni yaxından izlədiyini bildirərək, araşdırmalarda İranın yüksək səviyyədə əməkdaşlığını təqdir edib.
Qeyd edək ki, Ukrayna təyyarəsi İran Silahlı Qüvvələrinə məxsus korpuslardan birinə yaxınlaşdığına görə, müdafiə sistemi təhlükəli obyekt kimi göstərib və təyyarəyə atəş açılıb. Nəticədə təyyarədə olan 176 nəfər həlak olub.
İslamtimes - İranlı millət vəkili ABŞ və Qərb dövlətlərinin Ukraynanın daxili işlərinə qarışmasını tənqid edib və deyib ki, onların Ukraynada həyata keçirmək istədikləri planları baş tutmayacaq....