Səudiyyə Ərəbistanı işğalçı İsraillə əlaqələri rəsmiləşdirməyin şərtini açıqlayıb
Story Code : 892194
SalamNews RT-ə istinadla xəbər verir ki, bunu Səudiyyə Ərəbistanın Xarici işlər naziri Feysəl bin Farhan İsrail mətbuatına açıqlamasında bildirib.
Səudiyyə rəsmisi bildirib ki, ölkəsi hələ İsraillə əlaqələri rəsmiləşdirməyi düşünmür. O, bunun üçün münaqişə ilə bağlı Ərəb ölkələrinin 2002-ci ildəki siyasi təşəbbüsünün baş tutmasını, İsraillə Fələstin arasında bir irəliləyişin olmasını şərt olaraq irəli sürüb.
O həmçinin bildirib ki, Səudiyyə hazırda sionist rejimlə əlaqələri qurmaq istəyənlərə də mane olmaq niyyətində deyil.
Qeyd edək ki, BƏƏ və Bəhreynin işğalçı İsraillə saziş imzalamasından sonra Təl-Əvivlə rəsmi əlaqələrə başlayan ərəb dövlətlərinin sayı 4-ə çatıb.