ABŞ-da Tramp tərfdarları ilə müxalifləri arasında şiddətli qarşıdurma!
Story Code : 894131
Ruptly informasiya agentliyinin verdiyi məlumata görə, ABŞ-da prezident seçkilərinə sayılı günlər qaldığı bir dönəmdə Nyu-York və Miçiqanda Donald Trampı dəstəkləyən və ona müxalif olan qruplar arasında qarşıdurma yaşanıb.
Nyu-York mərkəzində Tramp tərəfdarları ilə müxaliflərinin üz-üzə gəlməsindən sonra onlar bir-birləri əleyhinə şüarlar səsləndirdikdən sonra yumruq və təpik zərbələri ilə bir-birlərini əzişdiriblər.
Trampa qarşı olan qrup onu dəstəkləyən qrupun konvoyun müxtəlif əşyalar ataraq "Tramp Nyu-York sənə nifrət edir" deyiblər.
Məlumata görə, qarşıdurmada bir çox etirazçı polis tərəfindən nəzarətə alınıb.
ABŞ-da seçkilərin son turu 3 noyabrda keçiriləcək.