0
Monday 23 November 2020 - 01:17

"Tramp ABŞ-da demokratiyanı zəiflətməyə çalışır"

Story Code : 899385
"Tramp ABŞ-da demokratiyanı zəiflətməyə çalışır"
Vermont ştatından olan senator Berni Sanders Trampın davranışları barədə xəbərdarlıq edərək bildirib ki, Trampın son addımları Amerikada demokratiyaya zərbə vurmağa yönəlib.

Sanders Twitter hesabında yazıb: "Biz istibdadı, zülmü, özbaşınalığı heç vaxt adiləşdirməməliyik. Bir neçə ildir ki, Tramp və komandası inanılmaz yollarla, yalanlarla, fitnəyə səbəb olan bəyanatlarla Amerikada demokratiyanı zəiflətməyə çalışır. Onlar uğur qazanmamalıdır!"

Qeyd edək ki, hazırda Respublikaçıların da Trampa məğlubiyyəti qəbul etməsi üçün təzyiq göstərdiyi bildirilir. Amma Donald Tramp seçkidə saxtakarlığa yol verildiyini iddia edərək, zorla hakimiyyətdə qalmağa çalışır.

 
Source : IslamTimes