0
Tuesday 20 April 2021 - 14:47

"Səudiyyə hökuməti müxaliflərin kütləvi oğurlanmasına göstəriş verib"

Story Code : 928284
"Səudiyyə hökuməti müxaliflərin kütləvi oğurlanmasına göstəriş verib"
"Saudi WikiLeaks" saytının verdiyi məlumata görə, hesabatda müxaliflərin qaçırılmasının bəzi təhlükəsizlik qurumları və ya vəzifəli şəxslər tərəfindən özbaşına həyata keçirilmiş bir proses olmadığı, əksinə dövlət tərəfindən verilmiş bir qərarla həyata keçirildiyi bildirilir.

İnsan haqları təşkilatının verdiyi məlumata görə, Səudiyyə Ərəbistanında təhlükəsizlik qüvvələri tərəfindən oğurlanma hadisəsi ilə üzləşməyən bir məhbus yoxdur. Bundan əlavə adı heç bir beynəlxalq təşkilat tərəfindən siyahıya alınmayan 60 oğurlanmış hüquq müdafiəçisi barədə məlumat verilmir və Səudiyyə rəsmiləri qaçırılan hüquq müdafiəçilərini gizli yerlərdə saxlayır.