0
Sunday 6 June 2021 - 23:30

ABŞ-da silahlı insident olub, ölənlər və yaralılar var

Story Code : 936648
ABŞ-da silahlı insident olub, ölənlər və yaralılar var
APA xəbər verir ki, bu barədə “Local 10 News” telekanalı polisə istinadən məlumat yayıb.

Mayami Polis Departamentinin direktoru Alfredo Ramiresin verdiyi məlumata görə, bazar günü səhər saatlarında naməlum şəxslər qəlyan barının çıxışında odlu silahdan atəş açıblar. Ölənlərdən biri həbsxanada nəzarətçi işləyən qadındır.

Yaralanan altı nəfər yerli xəstəxanaya aparılıb, onların vəziyyəti stabildir.

İnsidenti törədənlər hadisə yerindən qaçmağa çalışsalar da, avtomobillərdən biri yerli kollec şəhərciyinin divarına çırpılıb. Avtomobildə iki kişinin cəsədi və odlu silah tapılıb.

Hadisə ilə bağlı araşdırmalar davam edir.