İran böyük dövlətlərlə apardığı nüvə danışıqlarında "yaxşı irəliləyiş"in olduğunu bildirib
Story Code : 968268
SalamNews əl-Məyadinə istinadla xəbər verir ki, bunu İranı nüvə danışıqlarında təmsil edən nümayəndə heyətinin rəhbəri Əli Bariqi-Kəni deyib.
İranın baş müzakirəçicisi telekanala verdiyi müsahibədə Vyanada aparılan nüvə danışıqlarının son vəziyyəti haqda açıqlama verərək, yaxşı irəliləyişin olduğunu və budan sonrakı danışıqların ixtilaflı məqamların aradan qaldırılmasına kökləndiyini deyib.
İranın rəsmisi əlavə edib ki, bu danışıqlar davam etdiyi zamanda İsrail tərəfindən müxtəlif istiqamətlərdə təxribatlar yaradılır.
Qeyd edək ki, İran və 4+1 dövlətləri eləcə də vasitə ilə ABŞ 2015-ci ildə əldə edilmiş (daha sonra ABŞ tərəfinin birtərəfli qaydada çıxdığı) nüvə sazişinin bərpası üçün Vyanada XİN rəhbərlərinin müavinləri müstəvisində müzakirələr aparırlar.