Türkiyə və İranın XİN rəhbərləri Taliban XİN başçısı ilə görüşüblər
Story Code : 969343
Mövlud Çavuşoğlu və Hüseyn Əmir-Abdullahiyan Taliban hökumətinin xarici işlər naziri Əmir-Xan Müttəqi ilə görüşüblər.
SalamNews xəbər verir ki, bu barədə Taliban hökumətinin sözçüsü Zəbihullah Mücahid rəsmi tvitter hesabında yazıb.
Bildirilib ki, İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyan və Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İslamabadda İslam Əməkdaşlıq Taşkilatının iclası çərçivəsində Taliban hökumətinin XİN rəhbəri Əmir-Xan Müttəqi ilə görüşüblər.
Tərəflər bu görüşlərdə Əfqanıstanda mövcud vəziyyəti müzakirə ediblər.
Qeyd edək ki, İslamabadda İƏT-nın xarici işlər nazirləri müstəvisində keçirilən fövqəladə iclasın nəticələrindən biri olaraq Əfqanıstana dəstək üçün quruma üzv dövlətlər tərəfindən fond yaradılıb.