0
Thursday 17 March 2011 - 06:33

İnqilab Binədən başlayır?

Story Code : 60026
İnqilab Binədən başlayır?
İnqilab Binədən başlayır?
Binə Ticarət Mərkəzində ticarətlə məşğul olan 100-dən artıq adam Lökbatan yolunu bağlayaraq etiraz aksiyası keçirməyə cəhd edib. Satıcıların Modern.az-a verdiyi məlumata görə, bazar rəhbərliyi yerhaqlarını artırıb və onlar buna etiraz edərək aksiyaya başlayıblar.Bazar rəhbərliyi aksiya iştirakçlarını qəbul etməkdən imtina edib. Namiq adlı satıcının verdiyi məlumata görə, bazarın mühafizə xidmətinin əməkdaşları onları döyərək yoldan çıxarmağa başlayıblar. Satıcıların Lökbatan yolunu bağlamaq cəhdinə polis imkan verməyb. Sahibkarlar işi dayandıraraq tələblərinin əməl olunmasına israr edirlər.

Source : HaqqYolu
Related Stories
Comment